A

 UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsində  “Məişət zorakılığına qarşı mübarizə”   barədə maarifləndirici tədbir keçirilib.

Fakültə dekanı dosent Elman Cəfərov çıxış edərək, dünyanın bir çox ölkələrində olduğu kimi ölkəmizdə də məişət zorakılıqlarının bir problem olaraq qaldığını və onun bütövlükdə cəmiyyət üçün təhlükəli olduğunu qeyd edib.

Tədbirdə UNEC-in Psixoloji xidmət mərkəzinin rəhbəri Şəfayət Abdullayeva çıxış edərək,  “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları barədə tələbələrə ətraflı məlumat verib, eyni zamanda  qeyd edib ki, məişət zorakılığına qarşı mübarizə bütün cəmiyyətlərdə olduqca qlobal bir problemdir.

Ölkədə məişət zorakılığını döğuran əsas faktorlarıın - dini, sosial-psixoloji ənənələr, ənənələrdən doğan zorakılıqlar, psixoloji zorakılıq, narkotik təsiri altında zorakılıq, alkoqol təsiri altında zorakılıq, şübhələr əsasında zorakılq, sosial şəbəkənin təsiri altında zorakılıq olduğunu bildirib.

Məişət zorakılığı, gender azadlığı, yaşlı insanlara, o cümlədən ahıllara  qarşı zorakılıq və uşaqlara qarşı zorakılıq barədə tələbələrə marifləndirici məlumat verib.  Bunlardan əsas sosial-psixoloji faktorlar üstünlük təşkil edir və bu  ailə modelinin deformasiyaya uğramasına, bir-birilərinin inamsızlığına gətirildiyini vurğulayıb.

Daha sonra mərkəzin psixoloqu Mərziyyə Əzmməmədova təqdimatla çıxış edərək,  konkret məişət zorakılığı hadisələrindən söz açıb.

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR