A

UNEC-in Rus İqtisad Məktəbində insan hüquqları və insan alverinə qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə "İqtisadiyyat" kafedrasının baş müəllimi Aytən İbadova və RİM-in direktor müavini dosent Anar Eyyubov tələbələrə insan hüquqları anlayışı, mahiyyəti, beynəlxalq hüquqda yeri, tarixi inkişaf dinamikası, müxtəlif meyarlar üzrə təsnifatı, insan hüquq və azadlıqlarının kataloqunu, ayrı-ayrı növlərini müəyyən edən beynəlxalq sənədlər barədə məlumat veriblər.

A.İbadova tədbirdə Azərbaycanda insan hüquqları sahəsində görülən işlər və aparılan islahatlar haqqında çıxış edib.

RİM-in direktor müavini dosent A.Eyyubov ümumbəşəri problem olan insan alverinə qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyindən danışıb. Qeyd edib ki, hər il minlərlə insan, əsasən, qadın və uşaqlar istismar və ya başqa məqsədlərlə insan alverinin qurbanı olurlar. O, insan alverinin doğurduğu fəsadlar, eləcə də ölkəmizdə bu bəlaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə tələbələrə ətraflı məlumat verib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR