A

UNEC-in Dizayn Məktəbində "İnsan hüquq və azadlıqlarının müdafiəsi" mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan UNEC Dizayn məktəbinin direktoru, dos. Lalə Məmmədova mövzunun əhəmiyyətindən danışaraq bildirib ki, hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Vətəndaşın hüquqları şəxsin müəyyən dövlətə məxsusluğu ilə bağlı olaraq, dövlət tərəfindən müdafiə olunur.        

UNEC Dizayn məktəbinin baş müəllimi Gülçöhrə Salehzadə çıxışında hər bir insanın ayrı-seçkiliyə məruz qalmaması, yaşaması, söz azadlığı, təhsil alması və digər hüquqlara malik olması ilə bağlı tələbələrə ətraflı məlumat verib.

TOP XƏBƏRLƏR