A

 UNEC ilə “Veysəloğlu Qrup” MMC aralarında imzalanmış Əməkdaşlıq Memorandumu çərçivəsində Versəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsi “Arazda tələbə günü” layihəsinə start verib.

Layihə çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Biznes və menecment” fakültəsinin tələbələri və “Biznes və logistika” kafedrasının dosenti Pikəxanım Xudiyeva “Araz” supermarketlər şəbəkəsinin baş ofisində infosessiyada iştirak ediblər. Tələbələr baş ofisin ərazisi, əməkdaşlar üçün yaradılan şəraitlə tanış olublar, müvafiq departament və şöbələri ziyarət ediblər, onlara iş prosesi haqqında ətraflı məlumatlar verilib.

İnfosessiyanın keçirilməsində məqsəd “Araz” supermarketlər şəbəkəsi ilə əyani tanışlıq, şirkət əməkdaşlarının karyera inkişafı, onların məhsuldar işləməsi üçün yaradılan şəraitlə tanışlıq, həmçinin tələbələrin real iş mühitinə adaptasiyasına dəstək olmaqdır. Tədbir UNEC-in Karyera Mərkəzinin dəstəyilə baş tutub. İnfosessiyanın sonunda tələbələrin sulları cavablandırılıb, onlarla fikir mübadiləsi aparılıb. Tələbələrə rəmzi hədiyyələr təqdim olunub.

Qeyd edək ki, ölkənin ən böyük pərakəndə ticarət şirkətlərindən biri olan “Araz” supermarketlər şəbəkəsi həm gənclərin, həm də peşəkar mütəxəssislərin fəaliyyət göstərdiyi iş yeridir. Şirkət 400-dən çox mağaza və 11 mindən çox əməkdaşı ilə ölkə əhalisinin işlə təmin olunmasına öz töhfəsini verir. 

TOP XƏBƏRLƏR