A

UNEC-də növbəti kitab müzakirəsi keçirilib. UNEC İnklüziv Təhsil Mərkəzinin direktoru Sevinc Məhsimovanın təqdimatında “Emosional Liderlik. İnsanları idarəetmə sənəti" kitabının müzakirəsi keçirilib.

UNEC-in müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən kitab müzakirəsində tələbə və müəllimlərdə liderlik anlayışı, davranışda emosional intellektin idarəedilməsi, həmçinin yumşaq bacarıqların necə inkişaf etdirilməsi yolları ilə bağlı əhəmiyyətli informativ məlumatlar ətrafında genişsəpgili müzakirə aparılıb.

Mərkəz tərəfindən bu səpgidə kitabların müzakirələrinin davam etdirilməsi nəzərdə tutulub. 

TOP XƏBƏRLƏR