UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsində İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” kimi elan edilməsi haqqında Sərəncamını rəhbər tutaraq, “Yaşıl UNEC”in bu istiqamətdə Tədbirlər Planının icrasına dair tədbir keçirilib.
"İşğal altında olmuş torpaqlarda törədilən ekoloji terror” adlı tədbiri giriş sözü ilə “İqtisadiyyat” kafedrasının müdiri Suqra Hümbətova açaraq, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cü sessiyasının (COP29) Azərbaycanda keçirilməsi və onun əhəmiyyəti barədə məlumat verib.
Tədbirdə kafedranın baş müəllimi Aytən İbadova "İşğal altında olmuş torpaqlarda törədilən ekoloji terror” mövzusunda çıxış edərək, Ermənistan silahlı qüvvələrinin işğal etdiyi ərazilərdə ətraf mühitin mühafizəsinə dair qəbul olunan beynəlxalq normativ hüquqi sənədlərə və qanunlara əməl etməməsi, həmin ərazilərdə təbii sərvətlərimizin talan edilməsi və ekoloji tarazlığın pozulmasını vurğulayıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.