A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Mühəndislik fakültəsində “Məzun – 2024” tədbiri keçirilib. Tədbirdə fakültənin akademik və inzibati heyəti, dəvət edilmiş fəxri məzunlar, buraxılış kurs tələbələri iştirak ediblər.

Ərazi bütövlüyümüz uğrunda canlarından keçən əziz şəhidlərimizin və Ulu öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə davam etdirilib.

Tədbirdə fakültənin dekanı dosent Elçin Səmədov tələbələri UNEC-in rəhbərliyi adından və fakültənin bütün professor-müəllim, inzibati və tədris-köməkçi heyəti adından təbrik edərək, onlara təhsillərində, karyera və şəxsi işlərində yeni-yeni nailiyyətlər və uğurlar arzulayıb.

Sonra “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müdiri professor Rövnəq Rzayev çıxış edərək, məzunları təbrik edib, onlara tövsiyələrini verib, uğurlar arzulayıb.

Tədbirdə Mühəndislik fakültəsinin fəxri məzunu, AQTA-nın aparat rəhbəri Elxan Mikayılov və beynəlxalq kvalifikasiyalı auditor, İNSERT MMC-beynəlxalq sertifikatlaşdırma şirkətinin direktoru Şamo Muradov çıxış edərək, məzunlara dəyərli məsləhətlərini veriblər və dəyişən dünyamızda mövcud biliklərinin üzərinə yeni bilikləri əlavə edib, böyük uğurlara doğru addımlaya biləcəklərinə ümid etdiklərini vurğulayıblar.

Sonra ixtisaslar üzrə ən yüksək göstəricilər ilə fərqlənən tələbələr təşəkkürnamələrlə təltif olunublar.

Sonda tədbir bədii hissə ilə davam edib.

TOP XƏBƏRLƏR