A

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə UNEC-in Rus İqtisad Məktəbinin müəllim, tələbə və bir qrup məzunu Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə Azərbaycanın dilbər guşələrindən olan Qubaya səfər ediblər.

UNEC-in Quba Tədris, İdman və İstirahət Kompleksində baş tutan səfərinin məqsədi asudə vaxtın səmərəli təşkili, semestr ərzində fakültənin sosial-ictimai həyatında fəal olan tələbələri stimullaşdırmaq, müəllim, tələbə və əməkdaşlar arasında mobilliyi təmin edərək, səmimi mühit yaratmaq, kollektivin intellektual potensialını inkişaf etdirmək, gənclərin dünyagörüşünü zənginləşdirmək olub.

Həmçinin maraqlı səfər zamanı RİM-in direktoru dosent Mənsur Bərxudarov, direktor müavini dosent Anar Eyyubov gənclərimizə Azərbaycanın Klassik şeirlərini səsləndiriblər, bir sıra tanınmış dünya yazıçılarının həyat və yaradıcılıqları, eləcə də Vətən uğrunda canlarından keçmiş qəhrəmanlarımızın hər kəsə örnək ola biləcək həyat yolu barədə məlumatlar veriblər.

Səfər çərçivəsində Qubanın tarixi və məşhur yerləri də ziyarət olunub.

TOP XƏBƏRLƏR