A

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Təmiz ölkəm” devizi altında, Sumqayıt Şəhər İcra Hakimiyyətinin əməkdaşlarının, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqi Komitəsinin (THİK) fəal tələbələrinin və ekokönüllülərin iştirakı ilə növbəti təmizlik aksiyası Xəzər dənizinin Sumqayıt sahilində keçirilib.

Aksiya zamanı sahil zolağı plastik və digər tullantılardan təmizlənib, 400 kiloqrama yaxın tullantı toplanaraq çeşidlənib və aidiyyəti üzrə daşınıb.

Təmizlik aksiyasının keçirilməsində məqsəd dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq, ictimaiyyəti ətraf mühitin mühafizəsi sahəsində mübarizəyə cəlb etmək və hər kəsi öz atdığı tullantıları toplamağa sövq etməkdir.

TOP XƏBƏRLƏR