A

UNEC-in Qiyabi və Əlavə Təhsil Mərkəzinin (QƏTM) və UNEC THİK-in təşkilatçılığı ilə Qiyabi təhsil şöbəsinin tələbələri arasında "Yaşıl dünya naminə həmrəylik ili"nə və "Yaşıl UNEC" ilinə həsr edilmiş Bilik yarışı keçirilib. 

Yarışdan öncə mərkəzin direktoru Səbuhi Tanrıverdiyev 2024-cü ilin ölkə başcısı tərəfindən Azərbaycanda  "Yaşıl dünya naminə həmrəylik ili", UNEC-də isə UNEC rektoru tərəfindən "Yaşıl UNEC" ili elan edildiyini, bu məqsədlə silsilə tədbirlərin keçirildiyini, UNEC QƏTM-nin də bu məqsədlə ilin əvvəlindən maraqlı təşəbbüslərlə çıxış etdiyini, Qiyabi təhsil alan tələbələrin bu proseslərdə xüsusi aktivliyini qeyd edib, təşkil olunan yarışmanın da bu tədbirlərə əlavə töhfə olduğunu, keçirilən bu cür tədbirlərin və yarışmaların qiyabi təhsil alan tələbələrin sosiallaşmasına öz müsbət töhfəsini verdiyini bildirib.

Yarışma Breyn-Rinq formatında olmaqla, səsləndirilən suallar Azərbaycanın və dünyanın ekoloji, yaşıl enerji, yaşıl iqtisadiyyat və gündəm mövzularını, qlobal problemləri, həmçinin Qarabağla bağlı bilgiləri əhatə edib. Yarışmanın sonunda "Şuşa" komandası bütün komandalardan üstün olaraq, 1-ci yerə layiq görülüb. Qaliblərə diplomlar və yaşıl dünyanı simvolizə edən dibçək gülləri təqdim edilib. 

TOP XƏBƏRLƏR