6-8 sentyabr tarixində UNEC THİK fəalları “Sağlam insan və dayanıqlı gələcək” mövzusunda yay məktəbində iştirak ediblər.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) təşkilatçılığı ilə keçirilən yay məktəbində UNEC-lə yanaşı, digər ali təhsil müəssisəsinin tələbələri, eləcə də həmkarlar ittifaqları komitələrinin sədrləri və media nümayəndələri də iştirak ediblər.
Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən “Təhsil” İstirahət Mərkəzində təşkil edilmiş Yay məktəbi çərçivəsində “Sağlam insan və dayanıqlı gələcək” mövzusunda konfrans keçirilib.
Konfransda ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayev çıxış edərək, bu ilki yay məktəbinin “Yaşıl dünya naminə həmrəylik” ilinə həsr edildiyini bildirib. O, konfrans barədə məlumat verərək, bildirib ki, konfransın məqsədi həmkarlar ittifaqı komitələrinin qarşısında duran vəzifələri müzakirə etmək, eləcə də 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetdən biri olan “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi”nə tövhə verməkdir.
Konfransda tələbələr maraqlı mövzularda çıxışlar ediblər və təkilflər səsləndiriblər.
Yay məktəbi çərçivəsində tələbələr üçün müxtəlif idman yarışları, intellektual oyunlar təşkil edilib, ağacəkmə aksiyası keçirilib.
18 ali təhsil müəssisəsinin tələbələri arasında keçirilən "Sağlam insan və dayanıqlı gələcək" mövzusunda "Nə? Harada? Nə zaman?" intellektual yarışımasında UNEC komandası qalib olub.
Tələbələrimizi təbrik edirik, onlara uğurlar arzulayırıq!