A

UNEC-in Karyera mərkəzinin təşkilatçılığı ilə Ernst&Young Azərbaycan (EY) şirkəti tərəfindən tələbələr üçün "Audit school" proqramı keçirilib.

8 günlük proqramda 26-sı UNEC tələbəsi olmaqla, ümumilikdə 32 tələbə iştirak edib. UNEC Karyera Mərkəzində keçirilən proqram çərçivəsində tələbələrin EY şirkətinin müxtəlif departamentlərin nümayəndələri ilə görüşləri təşkil edilib. Onlara audit, yumşaq bacarıqlar və texniki bacarıqların inkişafı üzrə təlimlər, "case study"lər keçilib.

Proqramın sonuncu günü tələbələr EY Azərbaycan şirkətinin ofisində olublar. Təlimi uğurla bitirmiş tələbələrə sertifikat və hədiyyələr təqdim olunub.

TOP XƏBƏRLƏR