UNEC-in “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının təşkilatçılığı ilə tələbələr arasında “Yaşıl bilik və yaşıl təfəkkür” adlı intellektual yarış keçirilib.
Kafedranın müdiri dosent Elşən Məmmədov yarışın məqsədi barədə tələbələrə məlumat verib. Bildirib ki, məqsəd tələbələrin ekoloji savadının artırılması, onları iqlim dəyişmələrinin ortaya çıxardığı fəsadlar və təhlükələr haqqında məlumatlandırmaqdır. E.Məmmədov yarışın qaydalarını izah etdikdən sonra tələbələrə uğurlar arzulayıb.
Yarışda 4 komanda iştirak edib. Hər komandada 1 nəfər kapitan olmaqla, 4 üzv yarışıb. 2 turdan ibarət olan yarışda hər doğru cavab 1 bal ilə qiymətləndirilib.
İştirakçılar COP və iqlim dəyişmələri, yaşıl iqtisadiyyat, dövlət idarəçiliyi, ekologiya və sosial problemlər mövzularında sualları cavablandırıblar. Komandaların cavablarıı kafedranın müdiri dos. Elşən Məmmədov, dosentlər Fəridə Qurbanova və Zakir Malayevdən ibarət münsiflər heyəti tərəfindən dəyərləndirilib.
Maraqlı və gərgin keçən bilik yarışında “Yaşıl təbiət” və “Sosial tədqiqatçı” komandaları qalib olub.
Tədbirin sonunda bütün iştirakçılara sertifikatlar təqdim edilib.