A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və idarəetmə, Maliyyə və mühasibat, Rəqəmsal İqtisadiyyat, Mühəndislik fakültələrində, Rus İqtisad Məktəbində,  Beynəlxalq İqtisad Məktəbində (ISE), Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində (BMDM), Ümumi fənlərin tədrisinin təşkili departamentinin nəzdində olan kafedralarda Anım Gününə həsr olunmuş xüsusi dərslər keçirilib.

Dərslərdə tələbələrə Ali Baş Komandan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun 44 günlük Vətən müharibəsində yazdıqları şanlı tariximizdən söz açılıb. Xüsusi dərslərdə Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə rəşadət göstərən mərd oğullarımızın igidlikləri, Azərbaycan xalqının bir yumruq kimi həmrəylik nümayiş etdirərək, düşmənə məhvedici zərbələr endirməsi barədə geniş məlumat verilib. Qəhrəman şəhidlərimizin qanı, canı bahasına başa gəlmiş bu qələbə ilə Azərbaycan xalqının misli görünməmiş şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdiyini diqqətə çatdırılıb.

Bu haqq savaşında UNEC-in şəhidlik zirvəsinə ucalmış tələbələrimizin, yüzlərlə məzunumuzun qəhrəmancasına döyüşdüyü bildirilib. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay