A

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və CyberİN Akademiyasının birgə təşkilatçılığı ilə “The Art Of War” adlı kiberhücum simulyasiyası mövzusunda tədbir keçirilib.

Tədbirdə UNEC THİK sədr müavini Səbuhi İmanov, Kapital Bankın Tətbiqlərin Təhlükəsizliyi şöbəsinin müdiri və CyberİN Akademiyasının təsisçisi İbrahim Əliyev, eləcə də həmin şöbənin aparıcı mütəxəssisi Səbuhi Hüseynov iştirak ediblər.

Tələbələrə tədbirin məqsədi və gündəliyi barədə məlumat verilib. Sonra İ.Əliyev kibertəhlükəsizlik sahəsində peşəkar bacarıqların əhəmiyyətini vurğulayaraq, bu sahədə təhsilin tələbələr üçün yeni imkanlar açacağını qeyd edib.

Tədbirdə CyberİN Akademiyası tərəfindən simulyasiya müsabiqəsi keçirilib və müsabiqənin qalibləri müxtəlif hədiyyələr, eləcə də akademiyada güzəştli təhsil şansı qazanıblar. Ən yüksək bal toplayan tələbəyə 100 faiz endirim paketi, üç tələbəyə isə hədiyyə kuponları təqdim edilib.

Sonda aktiv iştirak edən könüllülərə diplomlar verilib. 

TOP XƏBƏRLƏR