UNEC İnnovativ Gənclər Təşkilatında “İnnovasiya UNEC-də” layihəsi çərçivəsində infosessiya keçirilib.
İnfosessiyada təşkilatın sədri Samir İsmayılzadə, sədr müavinləri Fatimə Əsgərova və İlham Qulamhüseynov tələbələrə təşkilatın fəaliyyəti, innovasiya sahəsindəki rolu, gələcək planları və tələbələrin layihələrdə aktiv iştirakı üçün yaradılan imkanlar barədə ətraflı məlumat veriblər. Qeyd olunub ki, layihə tələbələrin yaradıcılıq və innovasiya bacarıqlarını inkişaf etdirmək, onların intellektual və şəxsi inkişaflarına dəstək olmaq, tələbələrə öz ideyalarını reallaşdırmaq, startup layihələrində iştirak etmək, müxtəlif texnologiya, dizayn və sahibkarlıq sahələrində özlərini ifadə etmək üçün imkanlar yaratdığını bildiriblər.
Eyni zamanda, layihənin əsas məqsədlərindən biri tələbələr arasında innovativ düşüncə tərzini yaymaq, onları təhsil, elm və texnologiya sahələrində yeni nailiyyətlərə sövq etmək və gəncləri gələcəyin liderləri kimi yetişdirməkdir.