Biznes və menecment fakültəsində 18 Oktyabr - Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunan tədbir keçirilib.
Tədbirdə çıxış edən fakültə katibi Elxan Salayev dövlət müstəqilliyinin bərpası uğrunda aparılan azadlıq mübarizəsindən bəhs edib. Ümummilli lider Heydər Əliyevin müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsində, cəsarətli qərarlar qəbul edərək unitar, hüquqi, demokratik və dünyəvi Azərbaycan dövlətinin qurulmasındakı əvəzsiz xidmətlərindən danışıb.
Sonra “Humanitar fənlər” kafedrasının dosenti Leyli Həmidova tələbələrə müstəqilliyimizin əbədi olması üçün suverenlik, məsuliyyət və ictimai həyatda vətəndaş fəallığı dəyərlərindən söz açaraq, tarixi günün qeyd edilməsində baş vermiş hadisələrin tarixi xronoloji ardıcıllığı haqqında məruzə ilə çıxış edib.
Tədbir tələbələri maraqlandıran suallarla davam edib.