×

Warning

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder Failed deleting e4007fced64050105533db625a516a03-cache-page-3c13e3c2413fec06c6f5cef4f1b25440.php


A

UNEC-in “İctimai idarəetmə və sosial innovasiyalar kafedrasının təşkilatçılığı ilə COP29 çərçivəsində iqlim dəyişikliyinə həsr olunan maarifləndirici tədbir keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətində keçirilən tədbirdə “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının “Ekologiya” ixtisasının rəhbəri Fidan Qurbanova və “Ekologiya” ixtisasının tələbələri iştirak edib.

Tədbirdə Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova, Situasiya mərkəzinin direktoru Şəbnəm Qurbanova, Hidrometeoroloji araşdırmalar mərkəzinin baş mühəndisi Aysel Quliyeva və Situasiya mərkəzinin baş mütəxəssisi Bəxtiyar Əzizov çıxış edərək hava proqnozunun verilməsi üçün keçmiş və indiki dövrümüzdə istifadə olunan texniki vasitələr və onların funksiyaları barədə tələbələrə ətraflı məlumat veriblər. Həmçinin  bu il respublikamızıda  keçiriləcək COP29 konfransının əsas məqsədi olan iqlim dəyişikliyi yaradan amillərdən, istixana  qazları, karbon qazı və metanın  burada əsas rolundan və iqlim dəyişikliyi problemlərinin aradan qaldırılması üçün mübarizə yollarından bəhs edilib. Eyni zamanda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Sonda tələbələrə hava sertifikatları təqdim olunub. 

TOP XƏBƏRLƏR