A

UNEC Dizayn Məktəbi və UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə Müstəqillik Gününün bərpasına həsr olunan sərgi-müsabiqə keçirilib.

Sərgi-müsabiqədə UNEC Dizayn Məktəbi, Rəqəmsal İqtisadiyyatMühəndislik fakültələrinin tələbələrinin maraqlı rəsm əsərləri nümayiş olunub. Müsabiqənin qalibləri UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən diplom və hədiyyələrlə təltif olunublar.

Qalibləri təqdim edirik:

I yer – Rəqəmsal iqtisadiyyat fakültəsinin I kurs tələbəsi Validə Abdullayeva

II yer – UNEC Dizayn məktəbinin I kurs tələbəsi Mehriban Məmmədova

III yer – UNEC Dizayn məktəbinin III kurs tələbəsi Nigar Əliyeva

Qalibləri təbrik edirik, yeni uğurlar arzulayırıq!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay