Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzi və Kapital Bankın birgə təşkilatçılığı ilə “Emosional zəka” və ”Karyeraya doğru yol” adlı interaktiv təlim və vorkşop keçirilib.
Təlim zamanı tələbələrə təlimçlər Nərgiz Əzimova və Nərmin Əhmədzadə tərəfindən düzgün karyera planlamasının aparılması, işə qəbul prossesi, müsahibə zamanı diqqət olunmalı məqamlar və emosiyaların idarə edilməsi, onların düzgün yönləndirilməsi və istifadəsi kimi mövzularda geniş məlumat verilib. Həmçinin tələbələrlə birlikdə vorkşop və komanda oyunları keçirilib.
“Auditoriyada məzun var” layihəsi çərçivəsində isə UNEC məzunu olan Kapital Bankın İstedadların cəlbi və seçimi şöbəsinin müdiri Nərgiz Əzimova öz bilik və təcrübələrini tələbələrlə bölüşüb.
Sonda aktiv iştirak edən tələbələrə hədiyyə və sertifikatlar təqdim olunub.