Qarabağın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin məzunu Aqil Mirzəliyevin şəhadətindən dörd il ötür.
Anım günü münasibətilə İsmayıllı rayon Şəhidlər Xiyabanında keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin rəhbərliyi, şəhid ailələri, şəhidin təhsil aldığı məktəbin kollektivi, şəhidin ailə üzvləri, fakültənin dekanı dosent Hafis Hacıyev, Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri İlkan Əliyev, iştirak ediblər.
Şəhidin anım günündə fakültə dekanı dosent Hafis Hacıyev və şəhidin anası Aynurə Mirzəliyeva şəhidlə bağlı xatirələrini bölüşüblər.
Daha sonra ziyarətçilər şəhidin xatirəsinin ehtiramla yad edərək, məzarı önünə gül dəstələri düzüblər.