A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və idarəetmə fakültəsində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirin açılışında Dövlət Himni səsləndirilib, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Fakültənin dekan müavini dos.Müşrəvan Əliyev tədbirin açılışında çıxış edərək, Ali Baş Komandan möhtərəm  İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş tarixi qələbədən, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun mənəvi gücündən danışıb. M.Əliyev ölkəmizin ərazi bütövlüyünün təmin edilməsinin müasir tariximizin ən parlaq və şanlı səhifələrindən olduğunu, indiki və gələcək nəsillərin hər zaman fəxr edəcəyi və iftixar duyacağı qəhrəmanlıq salnaməmiz olduğunu qeyd edib.

Tədbirdə iştirak edən vətən müharibəsi qazisi Şair Ağazadə keçdiyi döyüş yolu haqqında təəssüratlarını tədbir iştirakçılarına çatdırıb.

Tədbirin sonunda tələbələr tərəfindən Zəfər Gününə həsr olunmuş şeirlər səsləndirilib.

TOP XƏBƏRLƏR