Ümumi Fənlərin Tədrisinin Təşkili Departamenti və “Azərbaycan dili” kafedrasının birgə təşkilatçılığı ilə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunan xüsusi dərslər keçirilib.
Kafedranın dosentləri Mətanət Əmrahova, Gülbəniz İsmayılzadə, Günal Səfərli, baş müəllimlər Könül İbrahimova, Sevinc Hacıyeva keçdiyi dərsləri tələbələr böyük maraqla qarşılayıblar.
Dərslərdə Məhəmməd Füzulinin Azərbaycan ədəbi-bədii fikrinin inkişafındakı, eləcə də Yaxın və Orta Şərq ölkələri ədəbiyyatındakı müstəsna yeri vurğulanıb. Qüdrətli sənətkarın parlaq dühasının təcəssümü olan və bu gün də sevilə-sevilə oxunan əsərlərinin geniş coğrafiyada yayılması və müəllifə böyük şöhrət qazandırması barədə maraqlı təqdimatlar nümayiş etdirilib.