UNEC-in İqtisadçı Vətənpərvərlər Təşkilatının təşəbbüsü ilə Rus İqtisad Məktəbi, İqtisadiyyat və idarəetmə və Türk Dünyası İqtisad fakültələrində Zəfər Gününə həsr edilən tədbir keçirilib.
Rus İqtisad Məktəbinin direktoru dosent Mənsur Bərxudarov tədbirin açılışında çıxış edərək, Vətən anlayışının hər bir vətəndaş üçün fəlsəfi-mənəvi mahiyyətindən söz açıb.
Vətən müharibəsi qaziləri Elvin Rəsulov və Samurel Səfərəliyev isə keçdikləri döyüş yolundan və şanlı qələbənin əldə edilməsi istiqamətində ordumuzun göstərdiyi qəhrəmanlıqlardan danışıblar.
Sonra İqtisad və idarəetmə fakültəsinin katibi Pərviz Səmədov Zəfər Gününün Türk dünyası tarixindəki yeri barədə maraqlı təqdimatla çıxış edib. UNEC Vətənpərvərlər Təşkilatının nümayəndəsi isə universitetdə milli vətənpərvərliyə həsr olunan tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Bədii hissə ilə davam edən tədbirdə RİM-in yeni seçilmiş tələbə-dekanı Hüriyyə Quliyeva şair, türk ozanı Vaqif Bayatlının "Əsl döyüşçüyə səngəri qəfəs" şeirini səsləndirib və Zəfər Gününə həsr edilmiş sənədli film nümayiş olunub.