A

UNEC-in Ümumi Fənlərin Tədrisinin Təşkili Departamenti (ÜFTTD), Biznes və menecment fakültəsinin birgə təşkilatçılığı ilə 9 Noyabr - Bayraq Gününə həsr olunan tədbir keçirib.

Tədbirdə ÜFTTD-nin direktoru dosent Gülnarə Rzayeva, Biznes və menecment fakültəsinin dekan müavini Elbrus Əkbərov çıxış edərək, ölkəmizdə dövlət bayrağına həm dövlətimiz, həm də xalqımız tərəfindən hərtərəfli diqqət və qayğı göstərilməsi, həmçinin beynəlxalq aləmdə bayrağımızın uca tutulması istiqamətində Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin əhəmiyyətindən danışıblar.

Sonra “Humanitar fənlər ” kafedrasının müdiri prof. Vəkil Həsənov mövzu ilə bağlı çıxış edərək, ölkəmizdə dövlət bayrağının yaranma tarixindən, onun keçdiyi ağır və şərəfli yoldan və bu günündən söz açıb.

Sonda mövzu ilə bağlı  videoçarx nümayiş etdirilib.

TOP XƏBƏRLƏR