A

Çinin Hong Kong Universitetinin Çin Biznes İnstitutunun magistratura pilləsi üzrə təhsil alan tələbələri UNEC-də akademik səfərdə olub.

Çinli tələbələr üçün UNEC-in 3 saylı tədris binasında “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müdir müavini Aytən NiyazovaBeynəlxalq əməkdaşlıq departamentinin Layihələrin idarə olunması şöbəsinin mütəxəssisi Gültac Tahirli tərəfindən infotur təşkil olunub. İnfotur zamanı tələbələr UNEC-in kitabxanası, laboratoriyaları, eləcə də mühazirə auditoriyaları ilə tanış olublar.

Sonra BƏD-in Xarici əlaqələr şöbəsinin mütəxəssisi Rəsul Yusibov çinli tələbələrə Azərbaycan tarixi, mədəniyyəti, incəsənəti, memarlığı, Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) müəllimi Vüsal Əhmədov isə Azərbaycan iqtisaiyyatı mövzusunda təqdimatla çıxış edib.

TOP XƏBƏRLƏR