Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial-İqtisadi Kollecin sosial və humanitar məsələlər üzrə direktor müavini Zaur Vəliyev tələbələrə Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası barədə ətraflı məlumat verib.
Kollecin Mühasibat uçotu şöbəsinin müdiri Şahgül Qardaşəliyev isə tələbələri iqlim dəyişmələrini yaradan səbəblər və aradan qaldırılması yolları ilə bağlı məlumatlandırıb.
Tələbələr Yaşıl zonada müxtəlif ölkələrin pavlionları ilə tanış olublar və COP29-da iştirak edən yerli və xarici qonaqlarla fikir mübadiləsi aparıb, xatirə şəkilləri çəkdiriblər.