UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsində COP29 çərçivəsində marifləndirici tədbir keçirilib.
Tədbiri fakültənin dekan müavini dos. Müşrəvan Əliyev və "İctimai idarəetmə və sosial innovasiyalar" kafedrasının dosenti Fərhad Eminov çıxış edərək, COP29- da qəbul edilmiş qərarların önəmi və icra edilməsinin vacibliyini qeyd edərək, tədbirin ölkəmizin beynəlxalq arenada nüfuzunun daha da artacağına səbəb olacağını vurğulayıblar. Həmçinin, Fərhad Eminov iştirakçılara COP29 konfransının əsas məqsədi olan iqlim dəyişikliyi yaradan amillərdən və problemlərin aradan qaldırılması üçün mübarizə yollarından danışıb.
Sonda tələbələrin mövzu ətrafında sualları cavablandırılıb.