×

Warning

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder Failed deleting e4007fced64050105533db625a516a03-cache-page-20d7db5d79b3e69f9b00bca73393ddd6.php


A

UNEC-in Türk Dünyası İqtisad Fakültəsində Rəqəmsal Könüllülər Təşkilatının rəhbərliyi ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib.

Tədbirdən öncə Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin açılışında Türk Dünyası İqtisad Fakültəsinin dekanı Dr. Yusif Əliyev çıxış edərək, Ulu Öndər Heydər Əliyevin idarəçiliyi ilə Azərbaycanın bütün sahələrdə qazandığı uğurları diqqətə çatdırıb, ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsində dahi şəxsiyyətin rolu haqqında fikirlərini tələbələrlə bölüşüb. Bildirib ki, bugünkü güclü, inkişaf etmiş, qalib Azərbaycan Heydər Əliyevin şah əsəridir. O, həmçinin öz xalqı üçün misilsiz işlər görən Ulu Öndərin hafizələrdən heç zaman silinməyəcəyini, hər zaman hörmətlə yad olunacağını söyləyib.

Daha sonra Ulu Öndər Heydər Əliyev irsini tərənnüm edən şeirlər səsləndirilib. 

Tədbirin sonunda Ulu Öndərin anım gününə həsr olunan qısa videoçarx nümayiş olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay