A

UNEC-in Rəqəmsal iqtisadiyyat  fakültəsinin tələbələri Gürcüstan Respublikası, Tbilisi şəhərində keçirilən "Cənubi Açıq Qafqaz Çempionatı"nda və "49-cu Beynəlxalq Proqramlaşdırma Olimpiadası"nın 1/2 final mərhələsində iştirak ediblər.

Fakültənin tələbələri Yağmur Novruzlu "Cənubi Açıq Qafqaz Çempionatı"nda fərdi yarışda iştirak edərək həvəsləndirici sertifikatla, Camalzadə Yəhya, Emin Həziyev isə "49-cu Beynəlxalq Proqramlaşdırma Olimpiadası"nda iştirakçı sertifikatları ilə təltif olunublar.

Tələbələrimizi göstərdikləri əzmkarlıq və uğurlarına görə təbrik edir, növbəti yarışlarda onlara daha böyük nailiyyətlər arzulayırıq!

TOP XƏBƏRLƏR