A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialında 20 Yanvar faciəsinin otuz beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

UNEC Zaqatala filialının direktoru dosent Raqif Qasımov çıxış edərək, 20 Yanvar faciəsinin tarixi və milli yaddaşımızda oynadığı mühüm roldan danışıb. Həmçinin, R.Qasımov Ulu Öndər Heydər Əliyevin 20 Yanvar faciəsinə verilən siyasi qiymətdən və həmin dövrdə Moskvada Azərbaycan xalqının haqq səsini ucaldaraq, bu hadisələrə kəskin etiraz etməsindən bəhs edib. O, Heydər Əliyevin bu addımının Azərbaycan tarixində xüsusi önəm daşıdığını və milli birliyimizin təməl sütunlarından biri olduğunu qeyd edib.

Tədbirdə UNEC Zaqatala filialının Texniki və Texnoloji bölmənin rəhbəri dosent Səfər Raziyev, Elmi fəaliyyətin təşkili və idarəedilməsi üzrə mütəxəssis Xəzangül Babayeva, İqtisadiyyat və İdarəetmə bölməsinin müəllimi Rəna Əliyeva , Balakən Gənclər Evinin əməkdaşı Osman Əliyev qanlı yanvar hadisələrini Azərbaycan xalqının yaddaşında və tarixində qəhrəmanlıq səhifəsi kimi daim xatırlandığını qeyd ediblər. Həmçinin 20 Yanvar hadisələrinin Azərbaycanın milli kimliyinin formalaşdırdığını, qəhrəmanlıq tariximizdə istiqlaliyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi tariximizə həkk olunduğunu vurğulayıblar.

Tədbirin sonunda 20 Yanvar hadisələrindən bəhs edən videoçarx nümayiş olunub.

TOP XƏBƏRLƏR