A

UNEC-də “Türkiyə Bursları” proqramı  çərçivəsində “Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığı (YTB) Türkiye Bursları" nümayəndə heyəti ilə məlumatlandırıcı görüş keçirilib.

Görüşdə UNEC Türk Dünyası İqtisad Fakültəsinin (TUDİFAK) dekanı Yusif Əliyev, Türkiyənin Azərbaycandakı Səfirliyinin Təhsil Müşaviri Yurdagül Aydoğan, Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığı (YTB) Türkiye Bursları" nümayəndə heyətindən koordinator Kemal Kaya, mütəxəssislər Özge Kaya, Saliha Dursun və Mehmet Serdar Ercan iştirak ediblər.

Tədbirin açılışında fakültənin dekanı  Yusif Əliyev çıxış edərək, UNEC-in beynəlxalq akademik əməkdaşlıqlara verdiyi önəmi vurğulayıb. O, Azərbaycan və Türkiyə arasında təhsil sahəsindəki əlaqələrdən bəhs edərək, Türkiye Bursları proqramının tələbələr üçün irəli sürdüyü fürsətlərin böyük bir dəyər yaratdığını çıxışında ifadə edib.

Sonra "Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığı (YTB) Türkiye Bursları" nümayəndə heyətindən Koordinator K. Kaya, mütəxəssislər Ö. Kaya, S. Dursun və M.S.Ercan çıxış edərək, Türkiyədə bakalavr, magistratura və doktorantura səviyyələrində təqaüdlü təhsil imkanları haqqında ətraflı məlumat veriblər. Həmçinin, proqram çərçivəsində tələbələrə təqdim olunan tam təqaüd dəstəyi, yaşayış yeri təminatı, tibbi sığorta və akademik inkişaf fürsətləri kimi mövzular ətraflı müzakirə olunub.

Görüşün sonunda tələbələr proqramın detalları, müraciət meyarları və seçim prosesi ilə bağlı suallarını mütəxəssislərə ünvanlayıblar.

TOP XƏBƏRLƏR