UNEC-in 95 illik yubileyi ilə bağlı tədbirlər planına uyğun olaraq, Biznes və menecment fakültəsinin müəllim və tələbələri, eləcə də THİK üzvləri Biləcəri qəsəbəsində yerləşən Qadın və Uşaq sığınacağını ziyarət ediblər.
"95 illik yubileyə 95 xeyirxah iş" adlı aksiya çərçivəsində "Biznes və logistika" kafedrasının dosenti Pikəxanım Xudiyevanın təşkilatçılığı ilə müəllimlər və tələbələr sığınacaqda yaşayan uşaqlarla görüşərək, onlara müxtəlif hədiyyələr təqdim ediblər. Eyni zamanda uşaqlar üçün müxtəlif oyunlar, musiqi və rəqs nömrələri təşkil edərək, onlara sevincli və əyləncə dolu gün yaşadıblar.