A

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə UNEC THİK-in sədri İlkan Əliyev bayram münasibətilə xanım tələbələri təbrik edərək, qadınların ölkənin ictimai-siyasi həyatındakı və gələcək nəslin tərbiyəsindəki misilsiz rolundan danışıb. O qeyd edib ki, bu günün əhəmiyyəti, qadınların cəmiyyətdəki rolunu təqdir etməklə yanaşı, qadınların üzləşdiyi bərabərsizliklərə diqqət çəkmək və gender bərabərliyi sahəsində daha çox irəliləyiş əldə etmək məqsədini güdür. İ.Əliyev 8 martın dünya miqyasında bir çox ölkələrdə bayram kimi qeyd edildiyini, insanlar bu günün həm də qadınların hüquqlarını müdafiə etməyə dair bir çağırış olduğunu və bu münasibətlə müxtəlif tədbirlərin keçirildiyini vurğulayıb.

Sonda İlkan Əliyev tərəfindən UNEC-in tələbə təşkilatlarının xanım rəhbərləri, THİK-in fakültə sədrləri və fəal xanım üzvlərinə hədiyyələr təqdim edilib.

TOP XƏBƏRLƏR