UNEC-in Biznes və menecment fakültəsinin tabeliyində olan “Biznes və logistika” kafedrasının müdiri, dosent Məhəmməd Əliyev və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Aqşin Quluzadə şəhid məzun Rüfət Əsgərovun anası Aynur xanımı, eləcə də fakültə Həmkarlar Təşkilatının sədri, “Biznes və logistika kafedrasının” dosenti Pikəxanım Xudiyeva və THİK-in üzvü Röya Fərəcova şəhid məzun Əhmədağa İskəndərovun ailəsini ziyarət edərək, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə şəhidlərin xanım ailə üzvlərini təbrik edib, onlara hədiyyələr təqdim ediblər.