UNEC-in Biznes və menecment fakültəsində Azərbaycan Satış İnstitutunun nümayəndələri ilə görüş keçirilib.
Tədbiri açıq elan edən fakültənin dekan müavini i.ü.f.d., dos. Elbrus Əkbərov tələbələrə korporativ sektorlarla, eləcə də məzunlarla görüşlərin əhəmiyyətindən danışıb.
Sonra ASİ-nin nümayəndəsi Tural Kələntərli tələbələrə “Uğurlu layihələrin planlaşdırılması və icrası” mövzusunda çıxış edib. Fakültənin məzunları İlkin Nəsirli “Liderlik sahəsində təlimçi, komandaların idarə edilməsi və effektiv liderlik strategiyaları” və Araz Əlaslanlı isə “Satış sahəsində təlimçi, tələbələrə satış texnikaları və biznesdə inandırma bacarıqları” mövzularında təqdimatlarla çıxış ediblər.
Görüş interaktiv müzakirələrlə tamamlanıb.