UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsi abituriyentlər üçün “Açıq qapı” günü keçirib.
“Açıq qapı”da fakültə dekanı dos. Elçin Eyvazov abituriyentlərə ixtisaslar, təqaüd imkanları, ikili diplom və mübadiblə proqramları, elektron tədris prosesi və digər təhsil imkanları barədə məlumat verib, həmçinin onları maraqlandıran sualları cavablandırıb.
Sonra dekan müavini Rahim Mürsəlov abiturientləri 2 saylı tədris korpusundakı auditoriyalarla, kitabxana, imtahan zalı və digər infrastrukturla tanış edib.