A

UNEC və “Meqa Sığorta” ASC-nin birgə əməkdaşlığı çərçivəsində UNEC Karyera Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən “Sığorta ilə Dayanıqlı Gələcək” layihəsinin ikinci təlimi uğurla başa çatıb.

Bu təlimdə müxtəlif ixtisaslarda təhsil alan bir çox tələbə iştirak edib.

Üç gün davam edən intensiv təlim proqramı çərçivəsində tələbələr sığorta sahəsinin əsas prinsipləri, müxtəlif sığorta növləri və onların tətbiq sahələri barədə ətraflı məlumat əldə ediblər. Təlim zamanı iştirakçılar nəzəri biliklərlə yanaşı, real iş mühitində sığorta proseslərini daha yaxından öyrənmək imkanı qazanıblar.

Bundan əlavə, tələbələr “Meqa Sığorta” ASC-nin baş ofisini ziyarət edərək müxtəlif departamentlərin əməkdaşları ilə görüşlər keçiriblər. Bu görüşlər zamanı onlar sığorta sektorundakı praktiki iş prosesləri, müştəri xidməti və risklərin idarə edilməsi mövzusunda dəyərli təcrübələr əldə ediblər.

Tələbələrin böyük maraq və həvəslə iştirak etdiyi bu təlim proqramının sonunda onlar əldə etdikləri nəzəri və praktiki biliklərə görə “Meqa Sığorta” ASC tərəfindən sertifikatlarla təltif olunublar.

Layihənin əsas məqsədi gənclərin sığorta sahəsində bilik və bacarıqlarını artırmaq, onların əmək bazarına daha hazırlıqlı daxil olmalarına dəstək olmaqdır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay