UNEC nəzdində Sosial İqtisadi Kollecdə xalqımızın qədim və ən əziz bayramlarından olan Novruz bayramı münasibətilə “Ölkəmizə Xarıbülbül ətirli bahar gəlir” adlı tədbir keçirilib.
Tədbir iştirakçıları öncə kollecdə Novruz bayramı münasibətilə təşkil olunmuş sərgi ilə tanış olublar. Sonra tədribirn rəsmi hissəsində kollecin direktoru Şəhriyar Laçınov çıxış edərək, xalqımızın qədim bayramlarından olan Novruz bayramı münasibətilə müəllim, tələbə və əməkdaşları təbrik edib, onlara bol ruzi, ailələrinə əmin-amanlıq, işlərində müvəffəqiyyətlər arzulayıb.
Sonra tədbir bədii hissə ilə davam edib.
Novruz bayramının əsas personajları olan Bahar qızı, Kosa və Keçəl öz maraqlı çıxışları ilə şənliyə xüsusi zövq qatıblar.
Tələbələrin ifa etdikləri musiqi nömrələri, şeirlər, rəqslər və bir-birindən maraqlı Novruz səhnəcikləri iştirakçılara xoş əhval-ruhiyyə bəxş edib.
Alovlandırılan möhtəşəm Novruz tonqalının hərarəti onun ətrafına yığışan tələbələr tərəfindən böyük coşğu ilə qarşılanıb.