UNEC-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə,“The Paradox of Our Times” (Dövrümüzün Paradoksu) mövzusunda beynəlxalq görüş keçirilib.
Tədbirdə xarici ekspertlər Rajiv Nandha və Nandarane Naina Parmar, UNEC-in Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru, i.f.d Hüseyn Həsənov, eləcə də UNEC, ADU, ADNSU, BDU və BANM ali təhsil müəssisələrindən 200-dən çox tələbə, müəllim heyəti və xarici qonaqlar iştirak ediblər.
Görüşdə müasir dövrün qlobal çağırışları, cəmiyyətin üzləşdiyi sosial-iqtisadi paradokslar və bu problemlərin həlli yolları müzakirə edilib. Ekspertlər öz çıxışlarında texnologiyanın sürətli inkişafı, informasiya bolluğu və sosial dəyişikliklərin yaratdığı təzadlı vəziyyətlər barədə fikirlərini bölüşüblər.
Tədbir interaktiv müzakirələrlə davam edib və iştirakçılar mövzu ilə bağlı suallarını ünvanlayaraq ekspertlərdən ətraflı cavablar alıblar.