A

UNEC- in 95 illik yubileyi çərçivəsində UNEC Rus İqtisad Məktəbinin (RİM) "Tətbiqi İqtisadiyyat" kafedrasının Beynəlxalq ticarət və logistika ixtisasının rəhbəri dos. Mehriban Səmədova və baş müəllimi Nəzirə Hüseynovanın təşkilatçılığı ilə "Oba marketlər", " Araz" və "Veysəloğlu" şirkətlərinin ambarlarına ekskursiya təşkil edilib.

Ekskursiya tələbələrə logistika sahəsində praktiki biliklər əldə etmək və anbarın fəaliyyətini yaxından öyrənmək imkanı yaradıb. Səfər zamanı “Oba marketlər" əməkdaşı, "Proses təkmilləşdirmə" bölməsinin müdiri Turqay Abdullayev tələbələrə anbarın ümumi strukturu və fəaliyyəti haqqında məlumat verib. Burada tələbələr məhsulların qəbul edilməsi, anbarlama, çeşidləmə və nəqliyyat prosesləri ilə tanış olublar.

Ekskursiya tələbələr tərəfindən maraqla qarşılanıb.

TOP XƏBƏRLƏR