A

UNEC Karyera Mərkəzi və KPMG şirkətinin birgə təşkilatçılığı ilə növbəti "Audit day" tədbiri baş tutub.

Tədbirdə magistrantlar, üçüncü və dördüncü kurs tələbələri, xüsusilə iqtisadiyyat və əlaqəli ixtisaslarda təhsil alan gənclər iştirak ediblər. Tədbirin əsas məqsədi iştirakçılara audit şöbəsinin fəaliyyəti barədə geniş məlumat vermək və KPMG-də karyera imkanlarını təqdim etmək olub.

Görüş zamanı KPMG-nin audit xidmətləri və şöbəsinin iş prinsipləri ətraflı izah edilib, işə qəbul prosesi və karyera yüksəlişi imkanları haqqında danışılıb. Eyni zamanda, tələbələrin sualları cavablandırılıb.

Tədbirdən sonra iştirakçılara “Numerical Reasoning Testi” göndərilib ki, bu da işə qəbul prosesinin ilk mərhələsi hesab olunur. Tədbir çərçivəsində "Audit Assistant" və "Audit Intern" vəzifələri üzrə vakansiyalar elan edilib. Bu təşəbbüs tələbələrə audit sahəsində karyeraya başlamaq üçün vacib biliklər qazandıraraq yeni imkanlar yaradıb.

TOP XƏBƏRLƏR