UNEC Psixoloji xidmət mərkəzi və Rəqəmsal iqtisadiyyat fakültəsinin birgə əməkdaşlığı ilə “Asudə vaxtın səmərəli təşkili” mövzusunda maarifləndirici tədbir keçirilib.
Təlimdə fakültənin dekan müavini Ramal Cabbarov asudə vaxtın yalnız istirahət deyil, həm də fərdi inkişaf, yaradıcılıq və sosial əlaqələrin gücləndirilməsi baxımından əhəmiyyətindən bəhs edib.
Sonra Psixoloji xidmət mərkəzinin psixoloqu Mərziyə Əzməmmədova asudə vaxtın mənalı və inkişaf yönümlü keçirilməsinin vacibliyi, passiv və aktiv istirahət formaları, həmçinin stresin azaldılmasında asudə fəaliyyətlərin rolu haqqında tələbələrə ətraflı məlumat verib.
Təlimin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.