A

UNEC-də 2024/2025-ci tədris ilinin Yay semestrinə qeydiyyat başlanıb.

Yay semestrinə qeydiyyat SİYAHIDA təqdim edilən fənlər üzrə aparılacaq.

Tələbələr siyahıda təqdim edilməmiş, lakin akademik borcları olduğu digər fənlər üzrə də qeydiyyat üçün müraciət edə bilərlər (fənn üzrə qrupların açılmasına kifayət edəcək sayda tələbə müraciəti formalaşdıqca həmin fənlərdən də qruplar yaradılacaq).

Yay məktəbinə digər ali təhsil müəssisəsinin tələbələri də müvafiq sənəd təqdim edərək qoşula bilərlər.

Yay semestrinə qeydiyyat iyulun 15-ə dək aparılacaq.

Tələbələr qeydiyyat üçün fakültə, mərkəz və məktəb tyutorlarına müraciət etməlidirlər.

Yay semestrinin təşkili ilə bağlı

UNEC Yay məktəbi https://www.facebook.com/unecyaymektebi2021/ Facebook səhifəsi yaradılıb. Tələbələr Yay semestri ilə bağlı suallarını həmin səhifəyə yaza bilərlər.

Əlaqə: (012) 564 38 92

QEYD: Yay semestri tələbələrin akademik borclarının ləğv edilməsi, humanitar fənlər bölümünə daxil olan və ali təhsil müəssisəsi tərəfindən müəyyən edilən seçmə fənlərin kreditlərinin qazanılması, müvəffəqiyyət qazanılan fəndən qiymətin yüksəldilməsi və ali təhsil müəssisəsinin təklif etdiyi ayrı-ayrı fənlər üzrə digər ali təhsil müəssisələrinin tələbələrinə müvafiq kreditlər qazanmasına şəraitin yaradılması məqsədi ilə təşkil edilir.

Yay semestrində tələbənin götürdüyü fənlər üzrə kreditin ümumi həcmi 10-dan artıq olmamalıdır.

UNEC-də Yay semestrinin (nəzəri təlim və imtahanlar) müddəti 6 həftədir. İmtahan müddəti 1 həftədən artıq olmamaqla, yay semestrinin sonuncu həftəsində təşkil edilir. Qiyabi təhsil formasında tədris müddəti (nəzəri təlim və imtahan müddəti) 3 həftə olaraq müəyyən edilir.

ƏYANİ TƏHSİL ÜZRƏ FƏNLƏR

QİYABİ TƏHSİL ÜZRƏ FƏNLƏR

TOP XƏBƏRLƏR