UNEC-in Mühəndislik fakültəsində “Əqli mülkiyyət hüquqları və effektiv patent qeydiyyatı” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə məruzəçi qismində çıxış edən “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosenti İlham Seydəliyev əqli mülkiyyət hüququnun xüsusiyyətləri, Azərbaycan Respublikasında əqli mülkiyyətin qorunması sahəsində qanunvericilik aktları, əqli mülkiyyət obyektləri, faydalı model, sənaye nümunəsinin patent qabiliyyəti şərtləri, ixtiraya patent almaq üçün görülən işlərin strukturu haqqında iştirakçılara məlumat verib. O, həmçinin ixtiradan istifadənin xüsusiyyətləri, lisenziya müqavilələrinin növləri: müstəqil, qeyri-müstəqil və məcburi lisenziya müqavilələri və beynəlxalq səviyyədə patentləşdirmə sahəsində görülən işlərdən danışıb.
Sonda tələbələrin sualları cavablandırılıb.