A

UNEC-də Ulu Öndər Heydər Əliyevin  102-ci ildönümünə həsr olunmuş universitetlərarası “Zəka və Liderlik: Heydər Əliyevin Yolunda” adlı intellektual bilik yarışı keçirilib.

Tədbir Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Açılış mərasimində UNEC-in Biznes və Menecment fakültəsinin dekan müavini, dosent Elbrus Əkbərov və Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Elm və Təhsil Komitəsinin üzvü Rəşad Quliyev çıxış edərək yarışın əhəmiyyətindən, tələbələrin intellektual inkişafında oynadığı roldan bəhs edib.

Sonra UNEC KİM-in 4 saylı oxu zalının müdiri Səidə Rzayeva, LBC Estetik Klinikasının direktoru və EKM İctimai Birliyinin təsisçisi Yeganə Cəfərova, həmçinin Psixologiya Departamentinin rəhbəri, inklüziv təhsil üzrə mütəxəssis Jalə Mirsaab və UNEC Rəqəmsal Könüllülər Təşkilatının Biznes və Menecment fakültəsi üzrə sədri, Gənclərin Səsi könüllü platformasının üzvü Murad Məmmədli gənclər arasında intellektual yarışların keçirilməsinin mühüm rol oynadığını vurğulayıb.

Yarış zamanı iştirakçılara ümumilikdə 44 sual təqdim olunub. Gərgin və maraqlı mübarizə şəraitində keçən bilik yarışının nəticələrinə əsasən:

I yer – Qalaktikos (UNEC, Biznes və Menecment fakültəsi)

II yer – Blitzkriq (UNEC, SABAH fakültəsi)

III yer – Heydərçilər (Odlar Yurdu Universiteti)

Sonda qalib komandalar medallarla təltif olunub.

TOP XƏBƏRLƏR