UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsində “Təhsil sahəsində dövlət-biznes partnyorluğu sisteminin hüquqi bazasının yaradılması” mövzusunda seminar keçirilib.
Seminarda “İqtisadiyyat” kafedrasının baş müəllimi, Aytən İbadova iştirakçılara tədbirin mahiyyəti barədə ətraflı məlumat verib.
Tədbirdə təhsil sahəsində dovlət-biznes partyorlugu sisteminin hüquqi bazasının yaradılması haqqında təkliflərin hazırlanması, dövlət və özəl sektor arasında sosial ictimai münasibətlərin hər iki tərəf üçün səmərəli və məqsədyönlü etmək istiqamətində qarşılıqlı yardım, investisiya, özəl sektordan kadr sifarişi kimi məsələlər müzakirə edilib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.