A

“UNEC 95” Tədbirlər Planı çərçivəsində İqtisadiyyat və idarəetmə fakültəsində maraqlı və yaradıcı bir layihəyə imza atılıb.

Fakültənin Tələbə Gənclər Təşkilatı ilə birgə tələbələr arasında videoçarx müsabiqəsi keçirilib.

Müsabiqənin məqsədi UNEC-in tarixi, inkişaf yolu, qazandığı uğurlar və zəngin tələbə həyatını əks etdirən videoçarxların hazırlanması olub. Yaradıcılıq baxımından fərqlənən videoçarxlar münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Təqdim olunan işlər arasında I yerə 2-ci kurs tələbəsi Mərziyə Hacılının hazırladığı videoçarx layiq görülüb. Qalibə sertifikat və hədiyyə təqdim olunub. Digər iştirakçılar da sertifikatlar verilib.

TOP XƏBƏRLƏR