A

UNEC Psixoloji xidmət mərkəzi və Maliyyə və mühasibat fakültəsinin birgə əməkdaşlığı ilə“Sağlam həyat tərzi” mövzusunda tədbir keçirilib.

Təlimdə Psixoloji xidmət mərkəzinin psixoloqu Küşvər Abdullayeva tələbələrə sağlam həyat tərzinin əsas komponentləri balanslı qidalanma, müntəzəm fiziki aktivlik, yuxu rejiminin tənzimlənməsi və psixoloji sağlamlıq məsələləri haqqında məlumat verib. Həmçinin tələbələrə sağlam vərdişlərin gündəlik həyata tətbiqi, stressin idarə olunması və emosional balansın qorunması ilə bağlı praktik tövsiyələr təqdim edilib.

Sonda tələbələri maraqlandıran sauallar cavablandırılıb.

TOP XƏBƏRLƏR