A

UNEC-in Mühəndislik fakültəsinin “Qida mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələri “Mühəndislik və tətbiqi elmlər” kafedrasının ixtisas rəhbərləri dos.Mehriban Məhərrəmova, dos.Mövlud Hüseynov, baş mentor b/m. Könül Rəhimova və müəllim Sevda Abbasova ilə birlikdə Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutuna səfər ediblər.

Səfər zamanı müəllim və tələbələrin ETİ-nin direktoru, aqrar elmlər doktoru Vüqar Səlimov və institutun əməkdaşları arasında keçirilən görüşdə elmi tədqiqat işlərində hər iki qurumun mövcud potensialından istifadə edilməsi, birgə analiz və araşdırmaların aparılması barədə fikir mübadiləsi aparılıb.

Tələbələr “Üzümün emalı və şərabın texnologiyası” şöbəsinin, “Üzümün və şərabın fiziki-kimyəvi analizi”, “Üzümün saxlanması, qurudulması və təkrar emalı”, “Biokimyəvi tədqiqatlar və keyfiyyətə nəzarət” laboratoriyalarının fəaliyyəti ilə də tanış olduqdan sonra onlara quru üzüm və şərab nümunələri üzərində analizlərin aparılması üsulları əyani şəkildə təqdim olunub. Tələbələrə aqrotexniki, aqrokimyəvi və inteqrir mübarizə tədbirləri barədə də məlumat verilib və bildirilib ki, institutun Kolleksiya bağında 320-dən artıq avtoxton, hibrid və introduksiya olunmuş sortlar əkilib-becərilir.

Görüşün sonunda institutda tələbələrin istehsalat təcrübəsinin təşkili ilə bağlı razılıq əldə olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay